Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib - FOTO 

Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib - FOTO 

Hazırda oxunan: Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib - FOTO 
161763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri - "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılov, c.ü.f.d. Gülnar Hacıyeva, Emil Cəbrayılov, Şəfiqə Vəliyeva və Aminə Muradova Masallı, Lənkəran və Astara rayonlarında yaranmış ekoloji vəziyyətlə əlaqədar çöl-tədqiqat işləri aparıblar.

İnstitutdan Bizim.Media-ya verilən xəbərə görə, mütəxəssislər sürüşmələrin və subasarların baş verdiyi ərazilərdə landşaft ekoloji şəraiti, sürüşmələrin səbəb və nəticələrini, onlara qarşı mübarizə tədbirlərini araşdırıblar.

Torpaq sürüşməsi sahələri əsasən Astara rayonunun Şiyəkəran, Siyakü, Asxanakəran, Təngərüd, Lomin kəndləri və Kijəbə qəsəbəsi ərazisində, habelə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 8 və 10-cu kilometrliyində qeydə alınıb.

Lənkəran rayonunda isə sürüşmə aktivliyi Horavenc və Gəgiran kəndləri, həmçinin Lənkəran-Lerik avtomobil yolunun 17 və 19-cu kilometrliyində müşahidə edilib. 

Şöbə müdiri M. İsmayılovun bildirdiyinə görə regionda sürüşmələrin əsas səbəbləri ekoloji risk yaradan antropogen fəaliyyətlər, torpağın üst qatında gedən eroziya prosesləri, meşə ekosisteminə müdaxilələr, yağıntı və s. kimi amillərdir.
Regionun əsas çaylarında su anbarlarının tikilməsi, qurumuş çay dərələrində intensiv qum-çınqıl karxanalarının fəaliyyəti, çay yataqlarının məişət tullantıları ilə doldurulması, turizm obyektlərinin çay yataqlarına düşünülmüş müdaxilələri və s. kimi proseslər çay dərələrində gedən təbii hidrogeomorfoloji şəraiti kəskin şəkildə dəyişdirilib ki, bu da öz təsirini subasmalarda, çayboyu ərazilərdə torpaq sürüşmələrinin fəallaşmasında, yol infrastrukturlarının dağılmasında və s. göstərir.

Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib - FOTO  - foto 1
Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib - FOTO  - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO