Bakıda məşhur taksi sürücüsü həbs edildi - FOTO

Bakıda məşhur taksi sürücüsü həbs edildi - FOTO

Hazırda oxunan: Bakıda məşhur taksi sürücüsü həbs edildi - FOTO

159068

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.

Bizim.Media xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.

S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib.

Hadisə yerinə gələn Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıb, polis əməkdaşlarına müqavimət göstərdiyinə görə barəsində inzibati protokol tərtib edilib.
Bakının Nizami Rayon Məhkəməsinin qərarı ilə “Tik-Tok” sosial şəbəkəsində blogerlik fəaliyyəti ilə tanınan Sabir Qocayev 10 sutka inzibati həbs edilib.







Mənbə: caliber.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO