FHN: Ötən sutka ərzində 10 nəfər xilas EDİLİB

FHN: Ötən sutka ərzində 10 nəfər xilas EDİLİB

Hazırda oxunan: FHN: Ötən sutka ərzində 10 nəfər xilas EDİLİB

157769

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 halda yanğına çıxış, bir partlayış hadisəsi və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı dördü azyaşlı olmaqla 10 nəfər xilas olunub. Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində mənzildə baş vermiş partlayış hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO