Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası TƏSDİQLƏNDİ

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası TƏSDİQLƏNDİ

Hazırda oxunan: Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası TƏSDİQLƏNDİ

157742

Nazirlər Kabineti Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası və formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası”, eləcə də "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın forması" təsdiqlənib.

Energetika Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın elektron qaydada verilməsinin təşkili məqsədilə zəruri tədbirlər görməlidir.
Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO