Şimal-Qərb bölgəsinə leysan YAĞDI  

Şimal-Qərb bölgəsinə leysan YAĞDI  

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə leysan YAĞDI  

147997

Şimal-Qərb bölgəsinə leysan yağıb. Gecə saat 23:30 radələrindən başlayan leysan yağışları bölgə rayonlarında fasilələrlə səhər saatlarına kimi davam edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, leysan yağışları bölgənin dağlıq ərazilərində daha çox müşahidə edilib. 

Göy guruldaması ilə müşayiət olunan leysan yağışları zamanı bəzi ərazilərdə qısamüddətli elektrik enerjisi və internet kəsintisi müşahidə olunub.

Bölgənin aran ərazilərində isə leysan yağışları küləkli hava ilə müşayiət olunub. Ötən gün və bu gecəki yağışlardan sonra bölgə ərazisindən axan çaylarda sululuq xeyli artıb. Lakin heç bir sel təhlükəsi ya da daşqın müşahidə edilməyib. Hazırda bölgə rayonlarında qeyri-sabit hava hökm sürsə də, yağıntılar kəsilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO