Polis Lənkəranda əməliyyat keçirdi: 13 nəfər saxlanıldı - FOTO

Polis Lənkəranda əməliyyat keçirdi: 13 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Polis Lənkəranda əməliyyat keçirdi: 13 nəfər saxlanıldı - FOTO
147115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran sakininin həyətindən narkotik vasitə və çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Müqəddəs Qəmbərov saxlanılıb. 

Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı M.Qəmbərovun yaşadığı evin həyətindəki yarımçıq tikilidən kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

Polis Lənkəranda əməliyyat keçirdi: 13 nəfər saxlanıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO