25 yaşlı qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ 

25 yaşlı qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ 

Hazırda oxunan: 25 yaşlı qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ 

142435

Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib. 
Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib. 

İstintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO