Britaniyalı səfir və dövlət naziri Tofiq Bəhramovun abidəsini ziyarət etdilər - FOTO 

Britaniyalı səfir və dövlət naziri Tofiq Bəhramovun abidəsini ziyarət etdilər - FOTO 

Hazırda oxunan: Britaniyalı səfir və dövlət naziri Tofiq Bəhramovun abidəsini ziyarət etdilər - FOTO 

121973

Hazırda Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib.

Diplomat qeyd edib ki, futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir:

“İngiltərənin 1966-ci ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO