Yanvarda

Yanvarda "Azərenerji" və "Azərişıq" elektrik enerjisi istehsalını artırdı 

Hazırda oxunan: Yanvarda "Azərenerji" və "Azərişıq" elektrik enerjisi istehsalını artırdı 
120493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin yanvar ayında “Azərenerji” ASC elektrik enerjisinin istehsalını 190 milyon kVt/s yaxud 8,14 % artırıraraq 2 milyard 523,5 milyon kVt/s-a çatıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilir ki, elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 203,8 milyon kVt/s və ya 9,03 % artaraq 2 milyard 460 milyon kVt/s-a çatıb, Su Elektrik Stansiyalarında (SES) 13,8 milyon kVt/s yaxud 17,85 % azalaraq 63,5 milyon kVt/s-a düşüb. 

“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enejrisi istehsalı 0,08 milyon kVt/s, yaxud 2,09 % artaraq 4 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 13,4 milyon kVt/s, yaxud 7,05 % artaraq 203,5 milyon kVt/s təşkil edib. 
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO