Quru Qoşunlarımız praktiki atış çalışmalarını yerinə yetirdi – VİDEO  

Quru Qoşunlarımız praktiki atış çalışmalarını yerinə yetirdi – VİDEO  

Hazırda oxunan: Quru Qoşunlarımız praktiki atış çalışmalarını yerinə yetirdi – VİDEO  

118388

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib.

Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasına yönəldilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO