Narkotiklə bağlı 8694 cinayət faktı aşkarlanıb

Narkotiklə bağlı 8694 cinayət faktı aşkarlanıb

Hazırda oxunan: Narkotiklə bağlı 8694 cinayət faktı aşkarlanıb
100249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil etmişdir.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO