Korotçenko: “Əgər Sovet İttifaqına Heydər Əliyev rəhbərlik etsəydi...” - FOTO

Korotçenko: “Əgər Sovet İttifaqına Heydər Əliyev rəhbərlik etsəydi...” - FOTO

Hazırda oxunan: Korotçenko: “Əgər Sovet İttifaqına Heydər Əliyev rəhbərlik etsəydi...” - FOTO
91934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sovet İttifaqına bədnam Mixail Qorbaçov yox, Heydər Əliyev başçılıq etsəydi, indi SSRİ 1 nömrəli dövlət olardı”.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Facebook sosial şəbəkəsində yazıb.

“Qorbaçov Heydər Əliyevi erməni lobbisinin əli ilə uzaqlaşdırdı. Qorbaçovun qulağına nəsə pıçıldayaraq onun Sov.İKP MK-nın Baş katibinin kreslosuna gedən bütün yolunu kəsdilər. Üstəlik, təkəbbürlü və axmaq Raisa Qorbaçova ABŞ-dakı erməni lobbisindən aldığı brilyantları boynundan asdı”, - deyə ekspert qeyd edib.

“Məhz erməni lobbisi Qorbaçovun iradəsizliyindən istifadə edərək SSRİ-nin dağılması prosesinə başladı, Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürdü və qanlı terrora başladı”, – deyə Korotçenko əlavə edib.

“Qarabağın Azərbaycana qaytarılması, erməni separatçılarının administrasiyasının darmadağın edilməsi tarixi ədalətdir və Sovet İttifaqını dağıdanlara verilən qisas aktıdır”, - deyə ekspert yekunlaşdırıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO