Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti müzakirə olundu - Foto

Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti müzakirə olundu - Foto

Hazırda oxunan: Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti müzakirə olundu - Foto
650061
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüş zamanı Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Oktyabrın 15-də Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd olunub.

Görüşdə, həmçinin qarşı tərəfə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.

Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə. həmçinin Azərbaycan və Qətər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO