Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş

Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş

Hazırda oxunan: Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş
650043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin "Xaricdə iş" layihəsi çərçivəsində Almaniyada müxtəlif peşələr üzrə işə qəbul üçün müraciətlərə başlanıb.

Bizim.Media xəbər verir ki, vakansiyalar qaynaqçı-çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələrini əhatə edir.

Bu istiqamətlər üzrə ümumilikdə 260 nəfərin işə qəbulu nəzərdə tutulur.

Vakansiyalar üzrə əsas tələblər aşağıdakılardır:

- Qaynaqçı-çilingər: müvafiq sahə üzrə minimum 2 illik peşə təhsili, son 5 il ərzində azı 2 il iş təcrübəsi, müvafiq qaynaq texnologiyaları üzrə bacarıq və sertifikat;

- Aşpaz: bu sahə üzrə minimum 2 illik peşə təhsili, yeməklərin hazırlanması və qida təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlar;

- Yük avtomobili sürücüsü: qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, ağır yük maşını idarə etmək üçün müəyyənləşdirilmiş tibbi tələblərə uyğunluq.

Namizədlərdən hər üç vakansiya üzrə minimum A2 səviyyəsində alman dili biliyi tələb edilir. B1 səviyyəsi arzuolunandır.

Əməkhaqqı vakansiya və iş təcrübəsindən asılı olaraq, maaş 2200-4200 avro (təqribən 4100-7830 AZN - red.) arasında dəyişir.
 

Almaniyada işləmək, beynəlxalq əmək bazarında təcrübə qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədlər vakansiyalar üzrə müraciətə dəvət olunurlar. Müraciətlər onlayn qaydada qəbul edilir.


Müraciət linki: //survey.sosial.gov.az/index.php/219848?lang=az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO