Gündəlik bir dəqiqə vaxt ayırmaq kifayətdir – Şəkərin yüksəlməsinin qarşısını alır

Gündəlik bir dəqiqə vaxt ayırmaq kifayətdir – Şəkərin yüksəlməsinin qarşısını alır

Hazırda oxunan: Gündəlik bir dəqiqə vaxt ayırmaq kifayətdir – Şəkərin yüksəlməsinin qarşısını alır
650053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pilləkənlə qısa müddət qalxmaq qan şəkərinin tənzimlənməsinə və fiziki dözümlülüyün artırılmasına kömək edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında kardioloq Yuliya Moryakova bildirib.
 

Belə ki, araşdırmada diabeti olmayan 30 nəfər iştirak edib. İştirakçılar qlükoza qəbul etdikdən təxminən bir saat sonra bir dəqiqə ərzində pilləkənlə qalxıb-eniblər. Fiziki aktivlik nəticəsində qanda şəkərin artımı hərəkətsiz qalanlarla müqayisədə təxminən 40% daha az olub. Lakin bu, şəkərin səviyyəsinin 40% azalması demək deyil.


Kardioloq qeyd edib ki, əzələlər hərəkət zamanı qlükozanı daha aktiv mənimsəyir. Müntəzəm fiziki aktivlik isə orqanizmin insulinə həssaslığını artırır. Bununla belə, nəticə qidalanmadan, ilkin şəkər səviyyəsindən, qəbul edilən dərmanlardan və yükün intensivliyindən asılıdır.

Pilləkənlə qalxmaq ürək döyüntülərini sürətləndirir, tənəffüsü intensivləşdirir və arterial təzyiqi artırır. Sağlam insanlarda bu, normal fizioloji reaksiyadır. Qısa müddətli hərəkətlər də ümumi fiziki aktivlik hesab olunur, lakin onlar tam məşqləri əvəz edə bilməz.

Moryakova bildirib ki, yüksək təzyiq, aritmiya və ürəyin işemik xəstəliyi olan şəxslər fiziki aktivlikdən tam imtina etməli deyillər, amma hərəkətlərin intensivliyi sağlamlıq vəziyyətinə uyğun seçilməlidir. Nəzarətsiz hipertoniya, qeyri-stabil stenokardiya, təhlükəli ritm pozuntuları və ürək çatışmazlığının ağırlaşması zamanı sürətli pilləkən qalxmaq riskli ola bilər.

Sinədə ağrı və sıxılma, qeyri-adi təngnəfəslik, başgicəllənmə və güclü halsızlıqla müşayiət olunan ürəkdöyünmə zamanı fiziki aktivliyi dərhal dayandırmaq lazımdır.

Mütəxəssis pilləkənlə qalxmağa sakit tempdə, bir mərtəbədən başlamağı, yükü tədricən artırmağı və hərəkət zamanı danışmağa imkan verən temp seçməyi tövsiyə edib. Fiziki hazırlığı zəif olanlar, oynaq ağrıları və balans problemi yaşayanlar üçün düz səthdə gəzmək daha təhlükəsiz alternativ ola bilər.

Həkim vurğulayıb ki, ürək-damar sağlamlığı və qan şəkərinin tənzimlənməsi üçün əsas şərt fiziki aktivliyin müntəzəmliyi, ümumi müddəti və təhlükəsizliyidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO