Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto

Hazırda oxunan: Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto
650038
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

Görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.
 

Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.


Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycanın regionun nəqliyyat-logistika sistemində strateji mövqeyini qeyd edərək dayanıqlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və nəqliyyat sahəsində birgə təşəbbüslərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb. Gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar Bakı Limanının fəaliyyəti ilə tanış olublar.

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto - foto 1
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto - foto 2
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto - foto 3
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto - foto 4
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında – Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO