UEFA "Beşiktaş" - "Hapoel" matçındakı insidentlərlə bağlı araşdırmaya başladı

UEFA "Beşiktaş" - "Hapoel" matçındakı insidentlərlə bağlı araşdırmaya başladı

Hazırda oxunan: UEFA "Beşiktaş" - "Hapoel" matçındakı insidentlərlə bağlı araşdırmaya başladı
650059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Avropa Liqasının iki oyununda baş verən azarkeş insidentlərinə münasibət bildirib və intizam araşdırmasına başlayıb.

Bizim.Media xəbər verir ki, qurum noyabrın 26-da keçirilən “Marsel” – “Levski” (1:0) və “Beşiktaş” – “Hapoel” (2:1) matçlarında yaşanan hadisələri qətiyyətlə pisləyib.

Marseldə keçirilən qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri “Levski” tərəfdarlarına hücum edib. Nəticədə 10-dan çox bolqar azarkeşin xəsarət aldığı bildirilir.

Gürcüstanın Batumi şəhərində isə “Beşiktaş” – “Hapoel” matçında stadionun mühafizəçilərinin tribunadakı azarkeşlərdən birinin Fələstin bayrağını götürmək istəməsi insidentə səbəb olub. Digər türkiyəli tərəfdarların həmin şəxsə dəstək verməsindən sonra qarşıdurma yaranıb. Polis hadisəyə gözyaşardıcı qazdan istifadə etməklə müdaxilə edib.

UEFA bəyanatında futbol qarşılaşmalarında zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranışlara yer olmadığını vurğulayıb.

Qurum hər iki hadisə ilə bağlı etika və intizam müfəttişləri təyin edib. Onlar baş verənləri araşdıracaq, mövcud sübutları və insidentlərin bütün təfərrüatlarını öyrənəcəklər.

UEFA araşdırmaların nəticələrinə uyğun olaraq intizam qaydaları çərçivəsində müvafiq qərar qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO