
- A-
- A
- A+
Dünya
16:56 / 27.11.2026
1 dəq oxunma
Rusiya və Ukrayna arasında yeni humanitar addım: dinc sakinlər ailələrinə qovuşdu
Hazırda oxunan: Rusiya və Ukrayna arasında yeni humanitar addım: dinc sakinlər ailələrinə qovuşdu
650042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya və Ukrayna dinc sakinlərin ailələrinə qovuşması üzrə növbəti humanitar missiyanı həyata keçirib.
Bizim.Media xəbər verir ki, mübadilə Belarusun Qomel vilayətindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub.
Məlumatı Belarusun "Belta" agentliyi yayıb.
Ukraynadan Rusiyaya 20 nəfər, əks istiqamətdə isə 23 nəfər qayıdıb. Onların əksəriyyəti yaşlı insanlardır.
Qeyd edək ki, hərbi əməliyyatların davam etdiyi şəraitdə ailələrin birləşdirilməsi və mülki şəxslərin geri qaytarılması üzrə humanitar təmaslar vasitəçilik və logistika kanalları hesabına vaxtaşırı reallaşdırılır. Xüsusilə yaşlı və həssas qrupdan olan sakinlərin yaxınlarının yanına qayıtması humanitar və sosial baxımdan mühüm əhəmiyyət daşıyır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































