BƏƏ-dən uçan təyyarədə fövqəladə vəziyyət siqnalı verildi

BƏƏ-dən uçan təyyarədə fövqəladə vəziyyət siqnalı verildi

Hazırda oxunan: BƏƏ-dən uçan təyyarədə fövqəladə vəziyyət siqnalı verildi
650054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əbu-Dabidən Cakartaya uçan sərnişin təyyarəsinin ekipajı transponderdə 7700 fövqəladə vəziyyət kodunu aktivləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Flightradar24-ün məlumatlarında qeyd olunub.

Bildirilib ki, BƏƏ-dən Cakarta istiqamətində uçan təyyarə fövqəladə vəziyyət siqnalı verib və ən yaxın hava limanına eniş edib.

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkətinə məxsus reysi Portuqaliyanın Hi Fly aviaşirkətinin Airbus A330 təyyarəsi həyata keçirir.

Təyyarə yerli vaxtla saat 09:24-də Əbu-Dabidən havaya qalxıb. Daha sonra təyyarənin İndoneziyanın Palembang şəhərinə yönləndirildiyi bildirilib.

7700 kodu hava gəmisində fövqəladə vəziyyət olduğunu bildirir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO