AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

Hazırda oxunan: AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində - FOTO

639900

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bu barədə Bizim.Media-ya Media və Yayım Şurasından məlumat verilib.

Ekskursiya zamanı qonaqlara müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini əks etdirən ekspozisiyalar barədəətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıqkonsepsiyası, eləcə də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim edənmüxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO