Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Hazırda oxunan: Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO
639476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib.

Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın “Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO - foto 1
Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO - foto 2
Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO - foto 3
Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO - foto 4
Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO