Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Hazırda oxunan: Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

639473

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.

Bizim.Media "Tasnim"ə istinadla xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ABŞ və İsrailin İrana hücumunun bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü müdafiə etdiyi barədə məlumatlandırılıb.
 

"Tramp nə danışıqlar apara, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerika tərəfinə verilib.


Görüşün təfərrüatları hələ açıqlanmayıb.

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Dünən isə Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO