Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Hazırda oxunan: Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

639452

Bakı Ekspo Mərkəzində baş tutan "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək məqsədilə ölkədə səfərdə olan Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO