Türkiyənin Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026" hərbi təlimindən maraqlı görüntülər paylaşıb.
Bizim.Media xəbər verir ki, sözügedən görüntülər nazirliyin "X" sosial media hesabında paylaşılıb.
"Hibrid təhdidlərlə mübarizə və birgə əməliyyat qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə qəhrəman hərbçilərimiz mürəkkəb şəraitdə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Üç ölkə, vahid iradə, güclü koordinasiya, tam isabət!", - məlumatda vurğulanıb.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:32 / 28.09.2026
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimdən görüntülər paylaşdı – VİDEO
Hazırda oxunan: Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimdən görüntülər paylaşdı – VİDEO
Hazırda oxunan: Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimdən görüntülər paylaşdı – VİDEO
639191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































