Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

Hazırda oxunan: Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirildi - FOTO

639000

Xankəndi şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
 
Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır.
 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. Anım Günü yalnız hüzn və kədər günü deyil, həm də yaddaş, ehtiram və Vətən qarşısında məsuliyyət günüdür.


 Daha sonra Qarabağda aparılan quruculuq işlərini, doğma yurdlarına qayıdan insanların həyatını və azad edilmiş ərazilərdə yenidən başlayan yaşam tərzini əks etdirən videoçarx nümayiş olunub. (Report.az)
 



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO