Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", – paylaşımda bildirilib.
Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.
27 Eylül Şehitleri Anma Günü vesilesiyle, Karabağ uğrunda şehit olan Azerbaycanlı kardeşlerimizi saygı ve rahmetle anıyoruz.
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) September 27, 2026
Türkiye, “Tek Millet, İki Devlet” şiarıyla kardeş Azerbaycan’ın yanında olmaya devam edecektir.
Bizim.Media






























































































