Azərbaycan 2027-də BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək istəyir

Azərbaycan 2027-də BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək istəyir

Hazırda oxunan: Azərbaycan 2027-də BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək istəyir
638971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksəksəviyyəli tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, o, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Dostlar Qrupunun yüksəksəviyyəli iclasında Azərbaycanın Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumundakı aparıcı rolunu vurğulayıb.

Həmçinin Azərbaycanın 2027-ci ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətində olduğunu bəyan edib.
 

O, Qüds məsələsi üzrə Ərəb-İslam ölkələrinin birgə nazirlər toplantısında beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, Əl-Qüds əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olduğu iki dövlətli həllə Azərbaycanın qəti dəstəyini bir daha ifadə edib.


Yalçın Rəfiyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə Qvineya-Bisau Respublikasının xarici işlər naziri xanım Fatumata Jau və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan 2027-də BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək istəyir - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO