Prezident: “Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər”

Prezident: “Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər”

Hazırda oxunan: Prezident: “Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər”

638807

Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir - FOTO - CANLI


Prezident bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici borcu təxminən 20 dəfə üstələyir.

“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Onun sözlərinə görə, digər vacib amil Azərbaycanın güclü maliyyə sisteminə malik olmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO