Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü - FOTO

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü - FOTO

638797

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər ATƏT-in gündəliyi ilə bağlı məsələləri, Azərbaycan–ATƏT əməkdaşlığını, mövcud Avropa təhlükəsizlik arxitekturasını və Cənubi Qafqazda regional sülh dinamikasını müzakirə ediblər.

C.Bayramov Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş barədə məlumat verib.
 

Vurğulayıb ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə bağlanması münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionun reallıqları ilə uyğunlaşdırılması baxımından mühüm addımdır.


Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əsas inkişaflarla bağlı fikir mübadiləsi aparıblar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO