“ Tramp bizi məcbur edir ki...” - "Euronews"un sədri

“ Tramp bizi məcbur edir ki...” - "Euronews"un sədri

Hazırda oxunan: “ Tramp bizi məcbur edir ki...” - "Euronews"un sədri

638642

“Tramp bizi vadar edir ki, güclünün qaydalarının tətbiq olunması ilə razılaşaq”.

Bizim.Media xəbər verir ki, "Euronews"-in idarə Heyətinin sədri Pedro Vargas David Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində “Qlobal iqtisadi proqnoz” adlı Fireside müzakirələri zamanı bildirib. 

Onun sözlərinə görə, Trampın qərarlarına nəzər yetirəndə onun ABŞ siyasətində fundamental dəyişikliklər etmədiyini görmək olar.

"ABŞ-ın keçmiş prezidentləri qərar qəbul edirdi, dünya bunu qəbul etmirdi, daha yaxşı qərar tələb edilirdi. Tramp dövründə isə böyük sürprizlər, sensasiyalar baş verir. Etiraf edək, ilk dəfə deyil ki, ABŞ Yaxın Şərqdə hansısa ölkəyə hücum edir. İndi məsələyə başqa cür yanaşırıq.
 

ABŞ-ın sonda hədəfi nədir – tariflər, müdafiə yoxsa hərbi hədəflər? Digər tərəfdən, Yaxın Şərqdəki savaş Körfəz ölkələrinə, Avropa İttifaqına, qlobal bazarlara necə təsir edir? Burada suallar cavablardan çoxdur.


Bir məsələ də mənəvi liderlik məsələsidir. Müəyyənləşdirməliyik ki, qaydalara əsaslanan cəmiyyətdə yaşayırıq, yoxsa burada sadəcə bir nəfərin qərarları önəmlidir? Tramp bizi vadar edir ki, güclünün qaydalarının tətbiq olunması ilə razılaşaq".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO