Ceyhun Bayramov Mirzoyanla görüşdü – Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov Mirzoyanla görüşdü – Nələr müzakirə olundu? - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Mirzoyanla görüşdü – Nələr müzakirə olundu? - FOTO

638608

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər.

Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.

Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.
 

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.


Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO