Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin əhəmiyyətindən DANIŞDI – FOTO

Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin əhəmiyyətindən DANIŞDI – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin əhəmiyyətindən DANIŞDI – FOTO
638418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində ABŞ hökuməti tərəfindən təşkil olunmuş “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edərək, Azərbaycanın iqtisadi artımın, dayanıqlı təchizat zəncirlərinin və yeni investisiya imkanlarının hərəkətverici qüvvəsi kimi daha güclü regional əlaqələrə dair baxışını vurğulayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə əlaqəlilik, sülh quruculuğu və rifahı özündə birləşdirən layihə kimi TRIPP-ə xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, tarixi Vaşinqton sammitinin əsas nəticələrindən biri olan TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin edəcək, daha geniş əlaqəliliyi gücləndirəcək və davamlı regional sülhə töhfə verəcək.
 

Nazir layihənin həyata keçirilməsi prosesində ABŞ-nin göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Ceyhun Bayramov, həmçinin TRIPP-in regional enerji əlaqəliliyinin və şaxələndirilməsinin inkişaf etdirilməsi potensialını vurğulayıb.


Bundan əlavə, nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası əsasında formalaşan inteqrasiya olunmuş nəqliyyat və logistika qovşağına davamlı investisiyalarını qeyd edib. O, rəqəmsallaşmanın, sadələşdirilmiş logistika və gömrük prosedurlarının, eləcə də tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayaraq, xüsusilə Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurlu əlaqələndirmə yol xəritələrini qeyd edib.

Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin əhəmiyyətindən DANIŞDI – FOTO - foto 1
Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin əhəmiyyətindən DANIŞDI – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO