Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi – FOTO

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi – FOTO

Hazırda oxunan: Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi – FOTO
638410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez Gil ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın daha da inkişaf etdirilməsi perspektivləri xüsusi qeyd olunub.

Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş imzalanıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Qeyd olunub ki, yeni sənədlər iki ölkə arasında institusional əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə və Azərbaycan–Dominikan Respublikası münasibətlərinin daha da inkişafına əhəmiyyətli töhfə verəcək.

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi – FOTO - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO