Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur - FOTO

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur - FOTO

638346

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, frankofoniya və xaricdəki mərkəzi afrikalılar üzrə naziri Silvi Baypo-Temon ilə görüşüb.

Bizim.Media xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərinin perspektivlərini müzakirə edib, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə, həmçinin siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar.

Həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb.

Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təhsil təqaüdü proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər.
 

Bu yeni diplomatik əlaqələri rəsmiləşdirmək məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike”ni imzalayıblar.


Bu tarixi sənəd münasibətlərimizdə yeni bir səhifə açır və gələcək illərdə ikitərəfli təmasların genişləndirilməsi üçün möhkəm təməl yaradır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO