Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

Hazırda oxunan: Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

638221

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax"a müsahibəsindən paylaşım edib.

Bizim.Media xəbər verir ki, post "Hacıyev "Newsmax"a: Tramp sülh yaradandır, İranla razılaşma mümkündür" başlığı ilə paylaşılıb.
 

Qeyd edək ki, Hikmət Hacıyev sözügedən nəşrə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan arasında sülh yönündə prosesindəki rolundan, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsindən bəhs edib.


O, həmçinin İranla bağlı diplomatik həll imkanlarına, Azərbaycan-İsrail əlaqələrinə, Rusiya-Ukrayna müharibəsinə və rəsmi Bakının bu məsələlərdə mümkün roluna toxunub. Hacıyev Azərbaycanın enerji imkanları və ABŞ ilə strateji tərəfdaşlığının perspektivləri barədə də fikirlərini bölüşüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO