Ceyhun Bayramov ukraynalı həmkarı ilə bu məsələləri müzakirə etdi

Ceyhun Bayramov ukraynalı həmkarı ilə bu məsələləri müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov ukraynalı həmkarı ilə bu məsələləri müzakirə etdi

638196

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı ikitərəfli gündəlik, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən proseslər, eləcə də sülh və sabitliyin təşviqi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nazirlər davam edən geosiyasi proseslər, beynəlxalq hüququn prinsiplərinə riayət olunmasının əhəmiyyəti və münaqişələrin həllində konstruktiv dialoqun rolu barədə fikir mübadiləsi aparıblar.

Təhlükəsizlik çağırışlarının həlli və davamlı sülhün təşviqi istiqamətində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO