Baku TV-nin "Hərbi Xronika" verilişinin budəfəki buraxılışında Prezident İlham Əliyevin Naxçıvana son səfəri, yeni yaradılmış komando hərbi hissələri və Naxçıvanın hərbi potensialının gücləndirilməsi məsələləri təhlil olunub.
Bizim.Media xəbər verir ki, bildirilib ki, Naxçıvanın coğrafi və geosiyasi mövqeyi onun hərbi baxımdan güclü olmasını strateji zərurətə çevirir.
Regionda dəyişən təhlükəsizlik mühiti də bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini artırır.
Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordunun real döyüş təcrübəsi və Türkiyə ilə birgə təlimləri Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsində mühüm rol oynayır. Yeni komando hissələrinin yaradılması isə mürəkkəb dağlıq şəraitdə çevik və peşəkar qüvvələrin fəaliyyət imkanlarının artırılmasına xidmət edir.
Vurğulanıb ki, Naxçıvanda gedən proseslər yalnız hərbi sahə ilə məhdudlaşmır. Yeni nəqliyyat bağlantıları və regional layihələr muxtar respublikanın strateji əhəmiyyətini artırır.
Bizim.Media






































































































