Azərbaycandan Ukraynanın ərazi bütövüyünə DƏSTƏK

Hazırda oxunan: Azərbaycandan Ukraynanın ərazi bütövüyünə DƏSTƏK

55433

“Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksək səviyyəli siyasi dialoq aparılır”.

Bizim.Media-nın xəbərinə görə, bunu yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti: “Ukrayna ilə energetika sahəsində yeni planlarımız var”


“Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”, - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, fevralın 6-da diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək:

“Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO