"Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" - PREZİDENT - VİDEO

Hazırda oxunan: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" - PREZİDENT - VİDEO
41716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında bildirib.

Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib:

“Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər. Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə “Qafqazın Hirosiması” deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO