İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı

Hazırda oxunan: İtaliya mətbuatı İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlərdən yazdı
260816
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərə yer ayırıb.

Bizim.Media xəbər verir ki, “Agenzia Nova” xəbər portalının yaydığı materialda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.

Yazıda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib:
 

“Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”.


Materialda, eyni zamanda, Azərbaycan Prezidentinin sülh müqaviləsinin Ermənistan konstitusiyasına dəyişiklik edilən və ATƏT-in Minsk qrupunun buraxılan kimi imzalana biləcəyini vurğuladığı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO