Prezident üç ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏDİ

Prezident üç ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏDİ

Hazırda oxunan: Prezident üç ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏDİ
200088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi" təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Qeyd edək ki, saziş 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanıb.

Bundan başqa, dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Xatırladaq ki, bu sənəd 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanıb.

Eyni zamanda, 2024-cü il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO