İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Hazırda oxunan: İlham Əliyev vyetnamlı həmkarını təbrik edib
194026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. Biz sağlam təməllər üzərində qurulmuş bu münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

İnanıram ki, Azərbaycan-Vyetnam əlaqələrinin dost xalqlarımızın mənafeləri naminə daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO