Ərdoğandan İlham Əliyevə TƏBRİK: “Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik”

Ərdoğandan İlham Əliyevə TƏBRİK: “Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik”

Hazırda oxunan: Ərdoğandan İlham Əliyevə TƏBRİK: “Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik”
193954
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır.

Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı bir daha ifadə edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO