Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO

Hazırda oxunan: Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO
191395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.

Məlumat verilib ki, Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

15:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 1
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 2
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 3
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 4
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 5
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 6
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 7
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 8
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 9
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 10
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB/FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO