Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü keçirilib - YENİLƏNİB/FOTO

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü keçirilib - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü keçirilib - YENİLƏNİB/FOTO

183767

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.

Bizim.Media xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

18:28

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilir.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, ikitərəfli görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində keçirilir.

İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının parlamentlər tərəfindən hansı formada dəstəklənə biləcəyi məsələlərinin müzakirə olunacağı gözlənilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO