Hikmət Hacıyev: “Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər”

Hikmət Hacıyev: “Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər”

183608

“Azərbaycanın yaşıl inkişafa və rəqəmsallaşmaya diqqət yetirməsi iki ölkə üçün birgə səylər baxımından mühüm faktora çevriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "China Global Television Network" (CGTN) telekanalına müsahibəsində deyib.

“Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyur və biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalı sektorlarında özünü göstərir”, - deyə H.Hacıyev qeyd edib.

“Fürsətdən istifadə edərək, Çini yaşıl keçiddə əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür. Xüsusilə, ölkəmizdə Çin texnologiyalarına əsaslanan belə mühüm layihələrin iki nümunəsi var”, - deyə o qeyd edib.

Hacıyevin sözlərinə görə, budəfəki səfəri çərçivəsində analoji layihələr müzakirə olunub: 

“Məsələn, çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin və elektromobillərin istehsalı xəttinin yaradılması. Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, avtomobil sənayesinin bu seqmenti Çində yaxşı inkişaf edib”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO