Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb

Hazırda oxunan: Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb
173570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya bildirilib ki, telefon danışı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və əldə edilmiş digər razılıqların icrası, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO