Sahil Babayev: “516 manat pensiyaya az demək olmaz”

Sahil Babayev: “516 manat pensiyaya az demək olmaz”

Hazırda oxunan: Sahil Babayev: “516 manat pensiyaya az demək olmaz”

162910

“Median əməkhaqqı son 4 ildə 2,4 dəfə, median pensiya 2,5 dəfə artıb. Növbəti il indeksasiya baş verəndə median pensiyamız 10% artacaq. Bu da baza ilə müqayisədə ciddi şəkildə artım deməkdir. 5 il əvvəl orta pensiya 227 manat ətrafında idisə, artıq 516 manata gəlib çatıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Nazir qeyd edib ki, regionumuza görə pensiyanın tam az olduğunu demək olmaz:

“Mütləq rəqəmlərimiz az deyil, sadəcə ürəyimiz istəyən səviyyədə deyil. 516 manat pensiyaya az demək olmaz. Bu gün pensiya əməkhaqqından daha sürətlə artır. Çünki dövlət böyük sosial yükü öz üzərinə götürüb. Orta pensiyanın orta əməkhaqqına nisbəti məsələsi var. Minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 60% tövsiyə edilir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO