Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın ittihamlarına CAVAB VERİB - VİDEO 

Hazırda oxunan: Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın ittihamlarına CAVAB VERİB - VİDEO 

159588

“20 sentyabr 2023-cü ildə Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdi”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazir müavini: “Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır” - VİDEO


Nazir müavini qeyd edib ki, Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir. 

“Daha da vacibi onlar Azərbaycanın Qarabağa girişinə icazə verdiyi iki BMT missiyasının müşahidələrini və tapıntılarını əks etdirmir. 30 ildən çox bir müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub. Onlar müstəqil beynəlxalq medianın orada olan və oranı görən üzvlərinin xəbərlərini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə və ya hər hansı bir hücum həyata keçirməyib və keçirməyəcək. Azərbaycan sentyabrın 19-dan sonra ciddi təminatlar verib”, - Elnur Məmmədov vurğulayıb.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO