Ərdoğan: “Azərbaycanın Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür”

Ərdoğan: “Azərbaycanın Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür”

Hazırda oxunan: Ərdoğan: “Azərbaycanın Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür”

157120

"30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların (Azərbaycan hakimiyyəti-qeyd) Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

Ərdoğan deyib ki, Qarabağda mülki insanlara qarşı həssaslıq nümayiş etdirilib.

"Azərbaycan Ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm", - Türkiyə lideri qeyd edib.

O, həmçinin regional layihələrdən də danışıb:

"Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO